Çin alimləri 2 min km-dən çox məsafədə hava hədəflərini vura bilən zenit-idarə olunan raket (SAM) hazırlayıblar.
Ucnoqta.az xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb.
Raketin hazırlanmasını Şimal-Qərb Politexnik Universitetinin tədqiqatçısı Su Huanın başçılıq etdiyi mütəxəssislər qrupu həyata keçirib. “Raket erkən xəbərdarlıq edən təyyarələri və bombardmançı təyyarələri vura biləcək, onların mümkün regional münaqişələrə müdaxiləsinin qarşısını ala biləcək”, - nəşr araşdırmanın bir parçasına istinad edir.
Texniki göstəricilərə görə, yeni raketin uzunluğu 10 m-dən, çəkisi isə 4 tondan çox olmamalıdır ki, o, mobil buraxılış qurğularından buraxıla bilsin. Bununla belə, çinli dizaynerlər müştərinin tələblərini aşaraq cəmi 8 m uzunluğunda və 2,5 ton ağırlığında ultra uzun mənzilli raket yarada biliblər.///tass