Paşinyan Qarabağdan köçən ermənilərə XƏBƏRDARLIQ ETDİ

11:23 - 28 Mart 2024 - DÜNYA

“Dağlıq Qarabağdan məcburi köçkün düşmüş bəzi dairələr Ermənistanın milli təhlükəsizliyinə təhlükə yaradan hərəkətlər edir, hökumətləri mühacirətdə elan edirlər və s."

Ucnoqta.az xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan hökumətin bugünkü iclasında deyib.

Paşinyan bildirib ki, Ermənistan Qarabağda mühacirətdə olan heç bir hökuməti tanımır, bu cür bəyanatlar milli təhlükəsizliyə təhdiddir.

"Mən çox açıq şəkildə bildirmək istəyirəm ki, Ermənistanda hökumət var və bu hökumət bu salonda oturur”, - baş nazir vurğulayıb.

Xəbər xətti