Seulda avtobus sürücüləri həmkarlar ittifaqının üzvləri saatlıq əmək haqqının 12,7% artırılması tələbi ilə tətilə çıxıblar.
Ucnoqta.az xəbər verir ki, Yonhap agentliyinin məlumatına görə, cümə axşamı aksiyası şəhərin marşrutlarının 97,6%-nə təsir edib.
Səhərə qədər davam edən danışıqlarda sürücülər və rəhbərlik razılığa gələ bilməyib. Etirazçılar əmək haqlarının 12,7% artırılmasını istəyirlər və kadrların başqa bölgələrə axınına işarə edirlər; şirkətlər son beş ildə inflyasiyanın səviyyəsini nəzərə alaraq bu tələbi əsassız olaraq yüksək hesab edirlər.
Bu, ictimai nəqliyyat avtobusu sürücülərinin 2012-ci ildən bəri ilk ümumi tətilidir.