Rusiya kəşfiyyatının direktoru Şimali Koreyaya səfər edib

05:18 - 28 Mart 2024 - DÜNYA

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinin rəhbərlik etdiyi Rusiya nümayəndə heyəti Şimali Koreyanın paytaxtı Pxenyana səfər edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Nümayəndə heyəti martın 25-də gəlib. Səfər çərçivəsində Narışkin KXDR-in dövlət təhlükəsizliyi naziri Li Çanq De ilə görüşüb. Bundan əlavə, Rusiya nümayəndə heyəti ölkənin Dövlət Təhlükəsizlik Nazirliyinin əməkdaşları ilə danışıqlar aparıb.

Xəbər xətti