Almaniya kəşfiyyatının Moskvadakı terrorla bağlı məlumatı olmayıb - Şolz

05:15 - 28 Mart 2024 - DÜNYA

Almaniya kansleri Olaf Şolz Almaniyanın xüsusi xidmət orqanlarının Moskva vilayətində gözlənilən terror aktı ilə bağlı məlumata malik olmadığını bildirib.

Ucnoqta.az xəbər verir ki, Olaf Şolz bu barədə müsahibəsində deyib.

"Xeyr, amma Amerika kəşfiyyat xidmətləri yəqin ki, məlumatlara sahib idi. Və bu cür məlumat alanda başqa ölkələrə xəbərdarlıq etmək ABŞ hökumətinin siyasətinin bir hissəsidir. Onlar hətta açıq şəkildə xəbərdarlıq ediblər. Bu dəhşətli terror aktının baş verməsi daha təəssüf doğurur", - kansler vurğulayıb.

Xəbər xətti