Bayram günlərində (20.03.2024-26.03.2024) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə şübhəsi ilə 19 müraciət daxil olub.
Bu barədə Ucnoqta.az-ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd məlumat verib.
Bildirilib ki, onlardan 10-u dərman, 4-ü sirkə turşusu, 2-si dəm qazı, 2-si etanoldan zəhərlənmiş şəxs olub, 1 nəfər isə allergik reaksiya səbəbindən zəhərlənib: "Müraciət edənlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Həmin şəxslər arasında ölüm faktı qeydə alınmayıb".