Messi karyerasını bitirəcəyi vaxtı açıqlayıb

16:31 - 27 Mart 2024 - İDMAN

Argentina millisinin kapitanı hələlik futboldan həzz almağa davam etdiyini, lakin vaxtının keçdiyini hiss edəndə oynamağı dayandırmaqdan çəkinməyəcəyini bildirib.

Ucnoqta.az xəbər verir ki, Argentina milli komandasının kapitanı Lionel Messi AS-a müsahibəsində futboldan həzz almağı dayandırdıqda karyerasını bitirəcəyini deyib.

“Bilirəm ki, artıq çıxış edə bilməyəcəyimi, işimdən həzz ala bilməyəcəyimi və yoldaşlarıma kömək edə bilməyəcəyimi hiss etdiyim anda futbolu tərk edəcəm. Özümü çox tənqid edirəm, nə vaxt yaxşı, nə vaxt pis oynadığımı bilirəm. Bu addımı atmağın vaxtının gəldiyini hiss edəndə, yaşı düşünmədən bunu edəcəm”, - deyə 36 yaşlı Messi bildirib.

Hazırda "İnter Mayami"də çıxış edən Messinin sözlərinə görə, karyerasını bitirdikdən sonra nə edəcəyini hələ düşünməyib.

“Vaxtı gələndə mütləq məni qane edən və bəyəndiyim şeyə, yeni rola gedən yol tapacağam. İdman səviyyəsində mənim bəxtim gətirdi: bütün arzularımı həyata keçirə bildim və həqiqət odur ki, daha çoxunu istəyə bilməzdim”, – deyə argentinalı əlavə edib.

Xəbər xətti