Şəhid Zəfər Murtuzəliyevin bacısı Mehparə Murtuzəliyeva sektor müdiri təyin olunub.
Ucnoqta.az xəbər verir ki, Mirzəyeva Ramazan qızı Mehparə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri səlahiyyətlərini icra edən, müdir müavini Günay Mahmudovanın müvafiq əmri ilə Balakən rayon təhsil sektorunun müdiri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, M.Murtuzəliyeva 2022-ci il 6 dekabr tarixindən Zaqatala şəhər Zəfər Murtuzəliyev adına 1 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışıb.
Xatırladaq ki, birinci Qarabağ müharibəsi şəhidi Zəfər Murtuzəliyev 1993-cü ildə isə könüllü olaraq, Qarabağa müharibəyə gedib. 1994-cü il yanvarın 26-da Füzuli rayonu ətrafında gedən şiddətli döyüşlərdə şəhid olub.
Murtuzəliyev Zəfər Ramazan oğlu ölümündən sonra 15.01.1995-ci ildə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev tərəfindən Ağcabədi, Füzuli, Xocavənd və son döyüşü olan Şişqaya uğrunda gedən döyüşlərdə fəal iştirakına görə Azərbaycan Bayrağı Ordeni ilə təltif edilib.