Ufa-Surqut reysinin ekipajı eniş şassisində baş verən yanğınla əlaqədar qəza siqnalı verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Air Incident” Telegram kanalı məlumat yayıb.
Qeyd olunur ki, təyyarədə pilotlar və stüardlar da daxil olmaqla 124 nəfər olub. Təyyarə Ufa hava limanına qayıdıb, burada yoxlamadan sonra eniş şassisində yanğın aşkar edilməyib.