Rusiya sərhədçilərinin Zvartnotsdan çıxarılması məsələsi həll olunub - Erməni spiker

14:35 - 27 Mart 2024 - DÜNYA

Ermənistan Rusiya sərhədçilərinin Zvartnots hava limanından çıxarılması məsələsinin həllini açıqlayıb

Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

"Rusiya sərhədçilərinin Zvartnots aeroportundan çıxarılması məsələsi həll olunub, İrəvan və Moskva bu məsələni müzakirə etmir" - spiker qeyd edib.

Simonyan əlavə edib ki, İrəvan və Moskva Rusiya sərhədçilərinin Ermənistan-Türkiyə sərhədindən çıxarılmasını müzakirə etmir.

"Ermənistan üçün bu, artıq həll olunmuş məsələdir, mən hesab etmirəm ki, burada hansısa müzakirə aparılır. Bu prosesi dövlətlərarası müqavilənin pozulması kimi təqdim etməyə cəhd edilir. Bu, idarələrarası saziş idi, məqsədi erməni sərhədçilərinə bu sahədə fayda vermək, onların yükünü yüngülləşdirmək. Artıq bu yükü yüngülləşdirməyə ehtiyac yoxdur. Dedik ki, sizin köməyinizə görə minnətdarıq, amma indi bu köməyə ehtiyacımız yoxdur”, - deyə o əlavə edib. Rusiya sərhədçiləri 2024-cü il avqustun 1-dək Zvartnotsu tərk edəcəklər.///tass

Xəbər xətti