Türkiyə 2027-ci ildə təşkil olunacaq IV Avropa Oyunlarına ev sahibliyi edəcək.
Ucnoqta.az xəbər verir ki, bunu İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu deyib.
O, yarışın İstanbul şəhərində təşkil olunacağını bildirib.
Qeyd edək ki, 2015-ci ildə Azərbaycanın ev sahibliyi etdiyi yarış son olaraq, ötən il Polşanın Krakov şəhərində keçirilib.