Lerikdə istirahət mərkəzində kütləvi zəhərlənmə - 3 ailənin 11 üzvü ... (Yenilənib)

14:11 - 27 Mart 2024 - ÖLKƏ İÇİ

Martın 27-də saat 06:00-da zəhərlənmə şübhəsi ilə bağlı 11 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə gətirilib.

Bu barədə Ucnoqta.az-a TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, həmin şəxslərə zəruri ilkin tibbi xidmətlər göstərilib, analiz nümunələri götürülüb.

Vəziyyətlərinə uyğun olaraq ambulator müalicə üçün evə buraxılıblar.

12:35

Lerikdə istirahət mərkəzlərinin birində 11 nəfər zəhərlənib.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, zəhərlənənlərdən 6-sı azyaşlıdır.

Bakı şəhər sakinləri olan həmin şəxslər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, onlar 3 ailənin üzvləridir. İlkin ehtimala görə, zəhərlənən şəxslər özləri ilə gətirdikləri ərzaqdan zəhərləniblər. Onlara ilkin tibbi yardım göstərilib.

Zəhərlənən şəxslərin adlarını təqdim edirik:

1992 – ci il təvəllüdlü Nihat Elman oğlu Xəlilzadə

1991 – ci il təvəllüdlü Firuzə Polad qızı Xəlilzadə

2018 – ci il təvəllüdlü Elman Nihat oğlu Xəlilzadə

2014 – cü il təvəllüdlü Mədinə Nihat qızı Xəlilzadə

1993 – cü il təvəllüdlü Arzu Ələskər qızı Hənifəyeva

1990 – cı il təvəllüdlü Səbinə Canbulaq qızı Hənifəyeva

2020 – cı il təvəllüdlü Milay Cavid qızı Hənifəyeva

2016 – cı il təvəllüdlü Elnur Cavid oğlu Hənifəyev

1987 – ci il təvəllüdlü Cavid Canbulaq oğlu Hənifəyev

2012 – ci il təvəllüdlü Könül Elçin qızı Cənnətalıyeva

2018 – ci il təvəllüdlü Yusif Elçin oğlu Cənnətalıyev.

Xəbər xətti