Ukrayna Dünya Bankının proqramı çərçivəsində Böyük Britaniya və Yaponiyadan bir milyard yarım dollar alacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal deyib.
1,5 milyard dollarlıq kredit Dünya Bankının direktorlar şurası tərəfindən təsdiqlənib. 984 milyon dollar Yaponiyadan, 516 milyon dollar isə Böyük Britaniyadan gələcək.
Şmıqal Kiyevin pulu martın sonuna kimi alacağına ümid etdiyini bildirib.