Terror aktından sonra dağıntılar altında xəsarət alan yoxdur.
Ucnoqta.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Moskva vilayətinin qubernatoru Andrey Vorobyovun sözlərinə görə, martın 26-da Krasnoqorskdakı "Crocus City Hall" ərazisində axtarış işləri başa çatıb. Xilasedicilər bildiriblər ki, axtarışlardan sonra dağıntılar altında ölən olmayıb. Moskva vilayətinin rəhbəri əlavə edib ki, səkkiz min kvadratmetrdən çox əraziyə baxış keçirilib.
Rusiya Fövqəladə Hallar Nazirliyi öz saytında baş vermiş terror aktı nəticəsində həlak olanların yenilənmiş siyahısını dərc edib. Martın 26-sı saat 20:00-a olan məlumata görə, 120 ad bura daxil edilib. Son məlumatlara görə, faciə nəticəsində 144 nəfər ölüb, 182 nəfər yaralanıb.