Gürcüstan millisi ilk dəfə Avropa çempionatına vəsiqə qazandı

23:52 - 26 Mart 2024 - İDMAN

Gürcüstan millisi 2024-cü il futbol üzrə Avropa çempionatında iştirak hüququ uğrunda final pley-off matçında Yunanıstan yığmasına qalib gəlib.

Ucnoqta.az xəbər verir ki, görüş Tbilisidə baş tutub.

Matçın əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatıb. Penaltilər seriyasında gürcü futbolçular daha dəqiq olub - 4:2.

Gürcüstan millisi ilk dəfə Avropa çempionatının final mərhələsində çıxış edəcək. Yunanıstanlı futbolçular ardıcıl üçüncü dəfə qitə birinciliyinə vəsiqə qazana bilməyiblər. Yunanıstan komandası 2004-cü il Avropa çempionatının qalibidir.

Xəbər xətti