Xankəndi şəhərində silah-sursat aşkar edilib.
Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 24-də Xankəndi şəhəri ərazisindən ümumilikdə 7 avtomat silahı, 21 qumbara, 7 alışdırıcı, 25 patron darağı, 770 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.