“Beşiktaş”ın Juninyonu alacağı barədə xəbərlərə RƏSMİ MÜNASİBƏT

22:39 - 23 Mart 2024 - İDMAN

"Qarabağ"ın direktoru Emrah Çelikel "Beşiktaş"ın Ağdam təmsilçisinin futbolçusu Olavio Juninyonu transfer etmək üçün danışıqlara başladığı barədə xəbərlərə münasibət bildirib.

Ucnoqta.az Qol.az-a istinadən xəbər verir ki, o, açıqlamasında kluba bu haqda rəsmi müraciət edilmədiyini söyləyib:

"Bizdə bununla bağlı heç bir məlumat yoxdur. Ola bilər ki, menecerlər vasitəsi ilə danışıqlar gedir. Amma kluba rəsmi və ya qeyri-rəsmi müraciət daxil olmayıb. Nə menecerlər, nə də Juninyonun özü tərəfindən bizə müraciət olunmayıb.  Düzdür, bu haqda xəbərləri biz də oxuyuruq. Lakin belə bir müraciət edilməyib". 

Qeyd edək ki, daha əvvəl "Qarabağ"ın Juninyoya görə "Beşiktaş"dan 8 milyon avro istədiyi, qarşı tərəfin danışıqlara hazır olduğu bildirilmişdi.

Xəbər xətti