Sanki yuxuda idim. Uşaq vaxtlarımdan millidə oynamaq arzum olub.
Bunu İspaniya millisinin heyətində debüt edən futbolçu Pau Çubarşi deyib.
Müdafiəçi 17 yaşında Kolumbiya millisinə qarşı keçirilən yoldaşlıq matçında iştirak edib. O, İngiltərənin paytaxtı Londonda baş tutan görüşün 83-cü dəqiqəsində Aymerik Laporteni əvəzləyib.
Qarşılaşmadan sonra ispaniyalı futbolçu hisslərini bölüşüb: "Məşqçinin mənə inanması sevindirici amildir. Onun inamını hər oyunda doğruldacağam. Həmişə öz üslubuma sadiq qalıb, sakit şəkildə meydanda performansımı nümayiş etdirəcəyəm".
Qeyd edək ki, İspaniya millisi Kolumbiyaya 0:1 hesabı ilə məğlub olub./report