Avropa Parlamentinin Fransadan olan üzvü Moskvadakı hücumu gülərək şərh etdi

11:15 - 23 Mart 2024 - DÜNYA

Avropa Parlamentinin Fransadan olan üzvü Bernard Guetta ötən gün "Crocus Holl"a edilən silahlı hücumu təbəssümlə şərh edib.

Ucnoqta.az xəbər verir ki Bernard Şuetta deyir ki, Krokusda baş verən faciə “Rusiyanın təxribatı ola bilər”:

“Açığı, bu terror aktıdır. Amma kim tərəfindən? Bu terrorçular kimdir və onların məqsədi nədir? Tamamilə mümkündür ki, bu, təxribat olub, çox güman ki, bunlar cəbhədən qayıdan əsgərlərdir. Hər şeyi təsəvvür edə bilərsiniz. Dəqiq olan yeganə şey nəticələrdir və mən qorxuram ki, bunlar siyasi nəticələrdir".

Xəbər xətti