“Krokus Siti”yə edilən dəhşətli hücumu qətiyyətlə pisləyirik -

23:55 - 22 Mart 2024 - SİYASƏT

“Krokus Siti”yə edilən dəhşətli hücumu qətiyyətlə pisləyirik.

Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşımında bildirilir:

"Biz Moskvada “Krokus Siti” konsert kompleksinə edilən dəhşətli hücumu qətiyyətlə pisləyirik. Həlak olanların ailələrinə, eləcə də Rusiya Federasiyası xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Bütün yaralılara şəfa diləyirik. Azərbaycan terrorun qurbanı olan ölkə kimi onun bütün forma və təzahürlərini pisləyir".

Xəbər xətti