Azərbaycan millisi qalib gəldi

22:05 - 22 Mart 2024 - İDMAN

Bu gün FİFA tərəfindən ilk dəfə Bakıda təşkil olunan “FIFA series - Edition 2024” layihəsinə start verilib.

Ucnoqta.az xəbər verir ki, ilk oyun günündə Azərbaycan millisi Monqolustanla qarşılaşıb. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda Azərbaycan millisi 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu 90+1-ci dəqiqədə Bəhlul Mustafazadə vurub. Monqolustan FİFA-nın son açıqlanan reytinqində 190-cu yerdədir.

Azərbaycan millisini oyuna Arif Əsədov çıxarıb. Bu, yığmamızın 2024-cü ildə ilk oyunu olub.

Bu görüşdən əvvəl isə Tanzaniya "Liv Bona Dea Arena" Bolqarıstanla qarşlaşıb və 0:1 hesabı ilə uduzub.

Qeyd edək ki, Azərbaycan millisi martın 25-də Bolqarıstanla qarşılaşacaq.  Millinin Tanzaniya ilə oyunu isə nəzərdə tutulmayıb.

Xatırladaq ki, bu yarış turnir deyil və daha çox yoldaşlıq xarekterli layihə məqsədi daşıyır. Ona görə də yarışın qalibi olmayacaq. 

22 mart
 

20:00.Azərbaycan – Monqolustan - 1:0

Qol: Bəhlul Mustafazadə, 90+1

Baş hakim: Zorbay Küçük (Türkiyə)
Tofiq Bəhramov adına Respublika stadionu

///qol.az

Xəbər xətti