Bu gün Azərbaycan millisi Monqolustan yığması ilə oynayacaq

10:29 - 22 Mart 2024 - İDMAN

Bu gün FİFA tərəfindən ilk dəfə Bakıda təşkil olunacaq “FIFA series - Edition 2024” layihəsinə start veriləcək.

Ucnoqta.az xəbər verir ki, ilk oyun günündə Azərbaycan millisi Monqolustan yığması ilə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq. 

Xatırladaq ki, bu yarış turnir deyil və daha çox yoldaşlıq xarekterli layihə məqsədi daşıyır. 

22 mart
20:00.Azərbaycan – Monqolustan

Baş hakim: Zorbay Küçük (Türkiyə)
Tofiq Bəhramov adına Respublika stadionu

Xəbər xətti