Azərbaycan millisi ilk məşqinə çıxdı

19:02 - 21 Mart 2024 - İDMAN

FİFA tərəfindən ilk dəfə Bakıda təşkil olunacaq “FİFA series – Edition 2024” çərçivəsində Monqolustan yığması ilə qarşılaşacaq Azərbaycan millisi növbəti məşqinə çıxıb.

İdman.biz xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan hazırlıq prosesinin ilk 15 dəqiqəsi media üçün açıq olub.

Azərbaycan – Monqolustan oyunu martın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.


Xəbər xətti