Etirazçı fermerlər Poznanın mərkəzinə peyin atıblar

15:51 - 19 Mart 2024 - DÜNYA

Ölkənin qərbində Poznan şəhərində keçirilən etiraz aksiyası zamanı polşalı fermerlər Böyük Polşa Voyevodalığı administrasiyasının binası yaxınlığında peyin yığını atıblar.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Radio Poznan” radiostansiyası məlumat yayıb.

Məlumata görə, etirazçılardan biri yük maşınından peyin yolun zolağına töküb və oraya Avropa İttifaqının bayrağını sancıb. Hadisə yerinə gələn polis fermerə cərimə yazıb.

Qeyd olunur ki, martın 19-da keçirilən nümayişə yerli hakimiyyət tərəfindən icazə verilməyib.

Xəbər xətti