Rusiya səfiri Moldova XİN-ə çağırılıb

12:41 - 19 Mart 2024 - DÜNYA

Rusiya səfiri Oleq Vasnetsov Rusiyada prezident seçkiləri zamanı tanınmamış Dnestryanı ərazisində seçki məntəqələrinin fəaliyyət göstərməsi ilə əlaqədar Moldova Xarici İşlər Nazirliyinə çağırılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a səfirliyin mətbuat xidmətindən məlumat verilib.

"Rusiya səfiri Dnestryanıda Rusiya prezident seçkilərində səsvermə ilə əlaqədar çağırıldığı Moldova Xarici İşlər Nazirliyinə gəlib", - mətbuat xidməti qeyd edib.

Xəbər xətti