Aprelin 2-də AFFA-da iclasdır - namizədliyini irəli sürən yoxdur

12:26 - 19 Mart 2024 - İDMAN

“AFFA prezidentliyinə namizədliyini irəli sürən yoxdur”.

Bu barədə “Report”a milli assosiasiyanın Mətbuat Xidmətinin rəhbəri Elnur Məmmədli məlumat verib.

O bildirib ki, indiki ana qədər rəsmən namizədliyini irəli sürən olmayıb.

Qeyd edək ki, aprelin 2-də AFFA-nın Hesabat-Seçki Konfransı keçiriləcək. Qurumun hazırkı rəhbəri Rövnəq Abdullayev namizədliyini irəli sürməyəcəyini açıqlayıb.

Xəbər xətti