“Mir” Ermənistanda fəaliyyətini məhdudlaşdırır?

12:02 - 19 Mart 2024 - DÜNYA

“Mir” ödəniş sistemi Ermənistan bankları ilə işi məhdudlaşdırmır.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a Milli Ödəniş Kartları Sisteminin (MSCP) mətbuat xidmətindən məlumat verilib. Daha əvvəl xəbər verilmişdi ki, martın 30-dan etibarən Rusiyanın “Mir” ödəniş sisteminin kartları Ermənistanda əksər bankların bankomat və POS terminallarında fəaliyyətini dayandıracaq.

"Mir ödəniş sistemi öz tərəfində xarici tərəfdaşlarla işi məhdudlaşdırmır. Lakin onların cihazları şəbəkəsində "Mir" kartlarının qəbulu barədə qərarı digər ölkələrin bankları müstəqil olaraq qəbul edirlər", - mətbuat xidməti bildirir.

Xəbər xətti