ABŞ-ı indiki prezident Co Bayden yox, onun “şər” ətrafı idarə edir.
Ucnoqta.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Ağ Evin əvvəlki sahibi Donald Tramp bildirib.
“Mən həmişə onun olub-olmadığını düşünürəm, çünki o, həmişə boş görünür. Onun olduğuna əmin deyiləm. Bilirəm ki, o, təsdiq etməli, onlar bir şey etmək mümkün olub-olmadığını soruşmalıdırlar və o, onlara boş baxır və razılaşır”, - deyə Tramp bildirib.
O, əlavə edib ki, Birləşmiş Ştatlar Baydenin ətrafındakı insanlar tərəfindən idarə olunur, indiki prezidentin özü isə mümkün qədər tez yatmaq istəyir.