Rusiya nüvə müharibəsində qalibin ola bilməyəcəyi postulatına möhkəm sadiqdir və Qərbin son dərəcə təhlükəli kursundan əl çəkəcəyinə ümid edir.
Ucnoqta.az xəbər verir ki, bunu Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib.
"Rusiya Federasiyası nüvə müharibəsində qalibin ola bilməyəcəyi və buna başlamamalı olduğu postulatına qəti şəkildə sadiqdir. Bu səbəbdən nüvə silahına malik dövlətlər arasında silahlı münaqişələrin qarşısını almaq lazımdır. Bu mənada biz gözləyirik ki, Qərbli həmkarlarımız son dərəcə təhlükəli və dağıdıcı kurslarından əl çəkəcəklər”, - deyə o, BMT Təhlükəsizlik Şurasında “Nüvə tərksilahı və nüvə silahının yayılmaması” mövzusunda açıq debatda çıxış edərkən vurğulayıb.