Bayden və Netanyahu Qəzzaya humanitar yardımı müzakirə ediblər

20:18 - 18 Mart 2024 - DÜNYA

ABŞ prezidenti Co Bayden və İsrailin baş naziri Benyamin Netanyahu telefonla Qəzza zolağının Misirlə sərhədində yerləşən Rəfah şəhəri ətrafında İsrail ordusunun Fələstinin radikal HƏMAS hərəkatının yaraqlılarına qarşı əməliyyatının başlaya biləcəyi vəziyyəti müzakirə ediblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

“Prezident Bayden İsrailin Baş naziri Benyamin Netanyahu ilə İsrail və Qəzzadakı son hadisələri, o cümlədən Rəfahdakı vəziyyəti və Qəzzaya humanitar yardımın çatdırılması səylərini müzakirə edib”, - deyə mətbuat xidməti qeyd edib.

Xəbər xətti