Aİ-nin 27 ölkəsinin xarici işlər nazirləri Ukraynaya hərbi yardımı 5 milyard avro artırmaq barədə razılığa gəliblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, bu gün Aİ Şurası Avropa Sülh Fondunun maliyyə həddini 5 milyard avro artırmaq və Ukraynaya xüsusi yardım fondunun yaradılması yolu ilə bu əlavənin Ukraynaya ayrılması barədə qərar qəbul edib.