Şərur rayon Təhsil Şöbəsi tərəfindən Muğancıq- Mehrab kənd tam orta məktəbində aparılan yoxlamalar zamanı məktəbin direktoru Sinduz Cəfərovanın fəaliyyəti dövründə maliyyə pozuntusuna və vəzifə səlahiyyətlərində nöqsanlara yol verdiyi aşkarlanıb.
APA-nın xəbərinə görə, Şərur rayon Təhsil Şöbəsinin təqdimatı əsasında Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin müvafiq əmri ilə Sinduz Cəfərova Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 15 mart 2024-cü il tarixində vəzifəsindən azad olunub.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən təhsil müəssisələrində şəffaflığın təmin olunması məqsədilə aparılan tədbirlər bundan sonra da davam etdiriləcək.