Respublika rəhbəri Rəcəb Tayyib Ərdoğanın tapşırığı ilə Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfərinə hazırlıq işləri müvafiq idarələrdə aparılır.
Ucnoqta.az xəbər verir ki, bu barədə RİA Novosti-yə Türkiyə prezident administrasiyasındakı mənbə bildirib.
Eyni zamanda agentliyin həmsöhbəti qeyd edib ki, liderlərin görüşü üçün konkret tarix yoxdur.
Ötən həftə Ərdoğan Putinin 31 mart seçkilərindən sonra Türkiyəyə səfərini gözlədiyini bildirib.