Doğma çay markası “Azerçay” bayram günlərində, 20-26 mart tarixlərində, “Gəncə qalası”nda Novruz bayramı münasibəti ilə bol hədiyyəli festival təşkil edəcək.
Gəncə sakinlərinin bayram günlərində asudə vaxtlarını səmərəli keçirmələri üçün nəzərdə tutulan proqramda milli adət-ənənələri özündə cəmləşdirən guşələr fəaliyyət göstərəcək.
Bununla yanaşı tədbirdə, bol hədiyyəli, bir-birindən maraqlı oyunlar, viktorinalar və yarışların keçirilməsi də nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycanın çay adət-ənənələrini yaşadan, doğma çay markası olan “Azerçay”, bir çox sosial layihələrin təşkilatçısı və dəstəkçisidir. Dünyanın 40 ölkəsinə satışı həyata keçirilən adıçəkilən brend xarici istehlakçıların da sevgisini qazanaraq “Made in Azerbaijan” yazısını üzərində şərəflə daşıyır.