Rumıniyada NATO-nun Avropadakı ən böyük hərbi bazası tikilir

11:36 - 18 Mart 2024 - DÜNYA

Avropada NATO-nun ən böyük hərbi bazası Rumıniya ərazisində tikilir, o, Rumıniya Hərbi Hava Qüvvələrinin “Mihail Koqalniceanu” 57-ci aviabazasının genişləndirilməsi nəticəsində 2040-cı ilə qədər yerləşdirilə bilər.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rumıniya Televiziyası məlumat yayıb.

Telekanal qeyd edir ki, Mixail Koqalniçeanu kəndində  burada artıq mövcud olan və bir neçə min hektar ərazini əhatə edəcək hərbi kompleksin genişləndirilməsi işlərinə başlanılıb. Minlərlə amerikalı hərbçi və onların ailələri burada olacaq. Rumıniya dövləti layihəyə 2,5 milyard dollar sərmayə qoyacaq.

Mixail Koqalniçeanu bazasının genişləndirilməsi nəticəsində meydana çıxacaq nəhəng hərbi kompleks 2,8 min hektar əraziyə sahib olacaq və yeni obyektləri özündə birləşdirəcək. Layihəyə uçuş-enmə zolaqları, yeni idarəetmə qülləsi, mayak və radionaviqasiya sistemi, uçuş simulyatoru və anqarlar daxil olmaqla aerodrom infrastrukturunun genişləndirilməsi daxildir. Bundan əlavə, inzibati və sosial binalar, məktəb və uşaq bağçaları, mağazalar, restoranlar, kinoteatr və xəstəxana olacaq. 10 min NATO əsgəri ailələri və baza dəstək personalı ilə birlikdə şəhərdə yaşayacaq.

Televiziya xəbər verir ki, kompleksin giriş yolları və elektrik şəbəkəsinin çəkildiyi cənub hissəsində artıq işlərə başlanılıb. Baza 2040-cı ildə tam istifadəyə veriləcək. Bəzi məlumatlara görə, nəticədə Koqalniçanu kompleksi NATO-nun Avropadakı ən böyük hərbi bazasına çevriləcək.


Xəbər xətti