Taksi sifarişi xidməti "Uber" avstraliyalı taksi sürücülərinə şirkətin ölkənin nəqliyyat bazarına daxil olması ilə bağlı gəlir itkisini kompensasiya edəcək.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, ödənişlərin ümumi məbləği 178,5 milyon dolları keçəcək.
Məlumata görə, kompensasiyanın könüllü olaraq ödənilməsi barədə qərar "Uber" tərəfindən 8 min avstraliyalı taksi sürücüsü və avtomobil icarəsi biznesi sahibi adından Maurice Blackburn hüquq firması tərəfindən xidmətə qarşı qaldırılan qrup iddiasının məhkəməsi başlamazdan əvvəl qəbul edilib. İş üzrə ilk iclasın martın 18-də Viktoriya Ali Məhkəməsində keçiriləcəyi gözlənilirdi, lakin razılaşma əldə olunduqdan sonra iclas ləğv edilib.
"Maurice Blackburn"un rəhbəri Michael Donnelly, razılaşmanın Uber-in "hər addımda diş və dırnaqla mübarizə apardığı" beş illik hüquqi mübarizədən sonra olduğunu söylədi. O, həmçinin izah edib ki, barışıq sazişi nəticəsində 8 mindən çox iddiaçı 240 milyon Avstraliya dollarını (təxminən 158 milyon dollar) bölüşəcək və hər biri üçün təzminat məbləği “təsdiqlənmiş maliyyə itkilərinin” məbləğinə əsasən müəyyən ediləcək”.