Hikmət Hacıyev Çində ekologiya və ətraf mühit nazirinin müavini ilə görüşüb

08:03 - 18 Mart 2024 - SİYASƏT

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev Çinə səfəri çərçivəsində bu ölkənin ekologiya və ətraf mühit nazirinin müavini Çjao İnminlə görüşüb.

Ucnoqta.az xəbər verir ki, H.Hacıyev bununla bağlı "X" hesabında paylaşım edib.

"COP29-la əlaqədar qarşıda duran məsələlərlə bağlı, iqlim ədaləti, ümumi, lakin fərqli məsuliyyətlər konsepsiyası və Qlobal Cənub ölkələrinin iqlim fəaliyyətinə və yaşıl keçidə baxışları ilə əlaqədar geniş müzakirələr aparılıb. Azərbaycanda yaşıl keçid proqramı çərçivəsində Çin şirkətləri ilə əməkdaşlıq yüksək qiymətləndirilib", - deyə qeyd edilib.

Xəbər xətti