ABŞ 2024-cü ildə hipersəs raketini sınaqdan keçirəcək

06:03 - 18 Mart 2024 - DÜNYA

ABŞ Hərbi Hava Qüvvələri 2024-cü il oktyabrın 1-dən başlayacaq 2025-ci maliyyə ilində yeni "Hypersonic Attack Cruise Missile"nin (HACM) uçuş sınaqlarını davam etdirməyi planlaşdırır.

Ucnoqta.az xəbər verir ki, bu barədə Breaking Defence yazıb.

HACM qanadlı raketi ramjet mühərriki alacaq ki, bu da onu beş "Mach"dan çox sürət təmin edəcək. Raket hədəfə doğru manevr edə biləcək və onun qarşısını almağı çətinləşdirəcək.

2025-ci maliyyə ilinin büdcə sənədlərinə əsasən, raket sınaqları birinci rübdə başlayacaq və ikinci rübdə davam edəcək. 2025-ci ildə raketin hazırlanması üçün təxminən 517 milyon dollar tələb olunub və layihənin ümumi dəyəri 2029-cu maliyyə ilinə qədər təxminən 2,4 milyard dollar təşkil edəcək.

Həmçinin 2025-ci ildə ordu HACM-ni F-15E və F/A-18F qırıcılarının silahlanmasına inteqrasiya etməyi planlaşdırır.

Xəbər xətti