Rusiyanın Amur vilayətinin Selemdjinski rayonunda qatarla sərnişin vaqonunun toqquşması nəticəsində 20 yük vaqonunun relsdən çıxması baş verib.
Ucnoqta.az xəbər verir ki, Şərqi Sibir Nəqliyyat Prokurorluğunun Telegram kanalında verilən məlumata grə, avtomobilin sürücüsü xəstəxanaya yerləşdirilib, Bamovskaya-Qoreli hissəsində qatarın hərəkəti dayandırılıb.
İlkin məlumatlara görə, lokomotiv heyəti xəsarət almayıb. Hadisə ilə əlaqədar Vladivostok-Moskva marşrutu üzrə hərəkət edən sərnişin qatarının gecikməsi gözlənilir.///tass