“Barselona” futbol üzrə İspaniya çempionatının 29-cu turu çərçivəsində səfərdə “Atletiko Madrid”i darmadağın edib.
Ucnoqta.az xəbər verir ki, Madriddə keçirilən görüş 3:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb.
Qolları Joao Feliks (38-ci dəqiqə), Robert Levandovski (47) və Fermin Lopes (65) vurub. 42-ci dəqiqədə kataloniyalıların baş məşqçisi Xavi ikinci sarı vərəqə alaraq meydandan qovulub.
İkinci hissənin əəlavə olunmuş vaxtında “Atletiko”nun müdafiəçisi Nahuel Molina da (90+3) qırmızı vərəqə alıb.
Bu qələbə nəticəsində "Barselona" 64 xal toplayaraq La Liqanın turnir cədvəlində ikinci pilləyə yüksəlib, "Atletiko" isə 55 xalla beşinci pillədə qərarlaşıb.