Şimali Koreya bazar ertəsi səhər, yenilənmiş məlumatlara görə, üç ballistik raket atıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Kyodo agentliyi Yaponiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Departament əlavə edib ki, raketlər 50 km maksimum uçuş hündürlüyündə 350 km uçub və Koreya yarımadasının şərq sahilləri yaxınlığında dənizə düşüb.
Yaponiyanın baş naziri Fumio Kişida parlamentin yuxarı palatasının büdcə komissiyasının iclasında bildirib ki, Yaponiya Pekində diplomatik kanallar vasitəsilə raket buraxılışları ilə bağlı KXDR-ə etiraz edib.
“Biz artıq Şimali Koreyaya etiraz edirik”, - o əlavə edib və Yaponiyanın Cənubi Koreya və ABŞ ilə sıx əməkdaşlıq edəcəyini qeyd edib.