"Mançester Yunayted" İngiltərə kubokunun 1/4 finalında "Liverpul"a qalib gəlib.
Ucnoqta.az xəbər verir ki, görüş Mançesterdəki "Old Trafford" stadionunda baş tutub.
Əsas vaxt heç-heçə başa çatıb - 2:2. Qarşılaşmanın 10-cu dəqiqəsində “Mançester Yunayted” hesabı açıb, Skott MakTominay fərqlənib. Birinci hissənin sonunda “Liverpul” üç dəqiqə ərzində iki qol vurub: 44-cü dəqiqədə Aleksis Mak Allister Darvin Nunesin ötürməsindən fərqlənib, əlavə vaxtda isə Məhəmməd Salah rəqiblərin qapısına zərbə endirib. 87-ci dəqiqədə Antoni hesabı bərabərləşdirib.
Əlavə vaxtda “Liverpul” 105-ci dəqiqədə Harvi Elliottun qolu vurması ilə önə keçib. Yeddi dəqiqə sonra Markus Raşford hesabı bərabərləşdirdi və 120+1-də Amad Diallo “Mançester Yunayted”ə qələbə qazandırıb.