ABŞ prezidenti Co Baydenin səriştəsizliyi səbəbindən Birləşmiş Ştatlarda demokratiya təhlükə altındadır.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.
O, Baydeni "demokratiya üçün ciddi təhlükə" adlandırıb. Trampın fikrincə, bunun əsas səbəbi siyasətçinin səriştəsizliyidir.
"Bundan əlavə, o, siyasi rəqibinə, yəni mənə qarşı mübarizədə Ədliyyə Nazirliyi və FTB-dən istifadə edir" - o, qeyd edib.