İslandiyanın Reykjanes yarımadasında vulkan püskürüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə İslandiyanın RUV telekanalı ölkənin meteorologiya mərkəzinin məlumatlarına istinadən məlumat yayıb.
Püskürmə meteoroloji xidmətin yerli vaxtla saat 20:22-də vulkan ərazisində seysmik aktivliyin artdığını elan etdikdən bir dəqiqə sonra baş verib. Polis nümayəndəsinin telekanala verdiyi məlumata görə, püskürmə zamanı Blue Lagoon geotermal kurortunda təxminən 700 nəfər, Qrindavik şəhərində isə “çox az adam” olub.