ABŞ ordusu Yəmən ərazisinə növbəti zərbə endirərək, yerüstü pilotsuz uçuş aparatlarını və pilotsuz uçuş aparatını (PUA) hədəfə alıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə şənbə günü ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Məlumata grə, CENTCOM Yəmənin husilərin nəzarətində olan ərazilərində beş yerüstü pilotsuz uçan aparatı və bir PUA-nı məhv edib. Bildirilir ki, pilotsuz nəqliyyat vasitələri bölgədəki ticarət və ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri üçün təhlükə yaradırdı.