"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Madrid klubunun sükanı arxasında bütün yarışlarda 200-cü qələbəsini qazanıb.
Ucnoqta.az xəbər verir ki, yubiley qələbəsi martın 16-da İspaniya çempionatının 29-cu turunda “Osasuna” üzərində qazanılıb (4:2).
İtaliyalı futbolçu "Real Madrid" tarixində bu göstəriciyə çatan ikinci məşqçi olub. Migel Munozun 357 qələbəsi var.
Üstəlik, 64 yaşlı italyan bu nəticəni elit divizionda İspaniya klubları ilə çalışmış bütün mütəxəssislərdən tez - 277 matçda əldə edə bilib. Buna nail olmaq üçün Munoza 289 oyun lazım olub.