Vəfa Zeynallı əməliyyat olundu

17:48 - 15 Mart 2024 - Mədəniyyət

Əməkdar artist Vəfa Zeynallının səhhətində problem yaranıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə özü məlumat yayıb.

Aktrisanın sözlərinə görə, əməliyyat keçirib:

“Kiçik bir problemim oldu, həkimlər qısa zamanda məni xilas etdi. Əməliyyat olundum, sonra həyəcanlı vaxtlar başladı.

Bilirsiniz ki, patologiyanın cavabını gözləmək 1 ay 20 gün vaxt lazımdır. Amma mənim cavabım tez gəldi, 3 günə hazır oldu. Cavab müsbət idi. İşinin peşəkarı həkimlərimə təşəkkürlərimi bildirirəm. Var olasız”.

Xəbər xətti