Qəzzada daha 149 nəfər həlak olub

15:58 - 15 Mart 2024 - SİYASƏT

İsrailin Qəzza zolağının müxtəlif ərazilərini bombalaması və atəşə tutması nəticəsində son sutkada 150-yə yaxın adam ölüb

Ucnoqta.az xəbər verir ki, bu məlumatı Fələstin anklavının Səhiyyə Nazirliyi verib. Nazirliyin rəsmi Telegram kanalında yayımladığı məlumata görə, gün ərzində 149 nəfər ölüb, daha 300 nəfər yaralanıb.

Keçən ilin oktyabrından bəri həlak olanların ümumi sayı 31 490 nəfərə çatıb, daha 73 439 nəfər yaralanıb. 

Xəbər xətti