Avropa Komissiyası (AK) Avropa müdafiə sənayesi tərəfindən sursat istehsalı üçün 500 milyon avro ayırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə AK mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, bu gün Avropa Komissiyası Sursata Dəstək Aktı çərçivəsində 500 milyon avro ayırıb. Bu, Avropa müdafiə sənayesinə 2025-ci ilin sonuna qədər sursat istehsal gücünü ildə 2 milyon mərmi artırmağa imkan verəcək.