UEFA-nın İsveçrədəki qərargahında Çempionlar Liqasının 1/4 və 1/2 final mərhələlərinin püşkü atılıb.
Ucnoqta.az xəbər verir ki, püşkə əsasən "Arsenal" "Bayern Münhen"lə, "Atletico Madrid" "Dortmund"la, "Real Madrid" "Manchester City" ilə, "PSJ "- "Barcelona" ilə qarşılaşacaq.
Yarımfinalda isə “Atletiko” - “Borussiya” cütünün qalibi / PSJ - “Barselona” cütünün qalibi ilə, “Arsenal” - “Bavariya” cütünün qalibi / “Real” - “Mançester Siti” cütünün qalibi ilə oynayacaq.
Qeyd edək ki, əvvəlki Çempionlar Liqasının yarımfinalında “Real Madrid” və “Mançester Siti” üz-üzə gəlib. İki oyunluq qarşıdurma nəticəsində “Mançester Siti” daha güclü olub (1:1, 4:0).
Finalda İtaliya “İnter”inə qalib gələn (1:0) İngiltərə komandası ilk dəfə turnirin qalibi olub.
Çempionlar Liqasının finalı iyunun 1-də Londondakı “Uembli” stadionunda keçiriləcək.